
Rüfət Abbasov: “Neftçi”nin formasını geyinmək uşaqlıq arzum idi”
“Neftçi”nin yetirməsi Rüfət Abbasov klubun rəsmi saytına müsahibə verib. 17 yaşlı futbolçu “Neftçi”nin formasını geyinməklə uşaqlıq arzusuna çatdığını bildirib.
- Rüfət, “Neftçi” kimi köklü klubun yetirməsi olmaq nə deməkdir?
- Bu mənə həm əlavə motivasiya, həm də qürur hissi verir.
- Bundan əvvəl əsas komandanın formasını sınaq matçlarında geyinmişdinsə, “Sumqayıt”la görüşdə ilk dəfə olaraq rəsmi oyunda meydana çıxdın. 17 yaşında bunu yaşamaq necə hissdir?
- “Neftçi”nin formasını geyinmək uşaqlıq arzum idi. Bu günə qismət imiş. 17 yaşında “Neftçi” kimi köklü klubda, Azərbaycanın flaqmanında forma geyinmək mənim üçün fəxrdir. Olduqca qürürverici hissdir.
- Ümumilikdə yaxşı təsir bağışlasan da, bəzən ilk rəsmi matçın həyəcanı hiss olunurdu. Öz oyunundan razısanmı?
- İlk rəsmi oyunum olduğu üçün, əlbəttə, həyəcan var idi. Əlimdən gələnin ən yaxşısını edib məşqçilərimin etimadını doğrultmağa çalışdım. Öz üzərimdə daha çox işləməliyəm. Bu formanı geyinməyin haqqını vermək üçün maksimum səylə öz üzərimdə çalışacağam.
- “Qəbələ” ilə səfər oyununa hazırlıq necə gedir?
- Yüksək səviyyədə gedir. Məşqçilərimiz bizi oyuna hazırlaşdırır. Məqsədimiz odur ki, Qəbələ səfərindən qələbə ilə qayıdaq.
- Hər oyunda olduğu kimi, “Sumqayıt”la səfər matçında da azarkeşlər komandamızın yanında idilər. Onlara sözün varmı?
- Azarkeşlərə bizə verdikləri möhtəşəm dəstəyə görə minnətdarlığımı bildirirəm. Həmişə onların yanımızda olması bizə əlavə güc, əlavə stimul verir. Bir sözlə, onlar həmişəki kimi möhtəşəm idilər.
Tövsiyə olunur
-
Yeqor Boqomolski: “Onunla rəqabət aparmaqdan qətiyyən qorxmuram”
Müsahibə 3 avqust 2022, 21:55 -
Kenni Sayef: “Belə davam etsək, bu il çox gözəl mövsüm keçirə bilərik”
Müsahibə 17 iyul 2022, 21:00 -
Solomon Kvirkveliya: “Mən çox istəyirdim ki, “Neftçi”nin futbolçusu olum”
Müsahibə 13 iyul 2022, 22:20 -
Qodsvey Donyo: “Neftçi” fanatlarının qarşısında oynamağı böyük səbrsizliklə gözləyirəm”
Müsahibə 10 iyul 2022, 11:00