
“Neftçi”dən əzmkar qələbə
“Neftçi” Gənclər Liqasında əzmkar qələbə qazanıb. “Ağ-qaralar” 19-cu turda “Səbail”i 4:3 hesabı ilə məğlub edib. “ASCO Arena”da baş tutan matçda rəqib iki dəfə hesabda önə keçsə də, futbolçularımız nəinki bərabərlik, hətta qələbə qolunu da vurmağa müvəffəq olublar. Komandamızın üzvü Oruc Məmmədov dubla imza atıb. “Neftçi”nin digər qollarını Murad Məmmədov və Nurlan Musayev vurublar.
Qeyd edək ki, “Neftçi” 18 oyundan 44 xalla 1-ci yeri tutur.
Tövsiyə olunur
-
5 futbolçumuz Türkiyəyə yollanır
Akademiya 3 fevral 2023, 13:00 -
“Neftçi” “Qarabağ”a qalib gəldi
Akademiya 2 fevral 2023, 17:29 -
Gənclər Liqasında ardıcıl ikinci məğlubiyyət
Akademiya 30 dekabr 2022, 16:35 -
“Neftçi” Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş turnirin qalibi oldu
Akademiya 30 dekabr 2022, 15:35