Haqqında

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.

Haqqında

1933-cü ildə yaradılmış, həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür. 128 ölkədə 278 beynəlxalq və 50 daxili olmaqla 328 istiqamət üzrə uçuşlar həyata keçirən 373 (sərnişin və yük) təyyarə parkına malikdir. 2018-ci ildən Azərbaycan futbolunun flaqmanı “Neftçi” PFK-ya maddi və mənəvi cəhətdən öz dəstəyini verir.

Haqqında

“Liv Bona Dea Hospital” Azərbaycanın paytaxtı Bakıda yerləşir. Əlverişlilik “Liv Bona Dea Hospital”ın üstünlüklərindən biridir. Bununla belə, xəstəxananın ən böyük üstünlüyü investorların Xəzər regionunda güclü, yeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxananın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə heyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyir.

“Liv Bona Dea Hospital” JCI (Beynəlxalq Birgə Komissiyası) akkreditasiyası ilə fəaliyyət göstərir. Bu qlobal səhiyyə xidmətində qızıl standart hesab olunur. “Liv Bona Dea Hospital” xəstəxananın qapılarını azərbaycanlıların, xarici vətəndaşların, diplomatların, tibbi turistlərin və dünya miqyasında bütün xəstələrin üzünə açan beynəlxalq xəstəxanadır.

Haqqında

1140 m2 ərazidə yerləşən “Mineral Sular” MMC-nin tikintisinə 2012-ci ildə başlanılıb. Tikintisi 2014-cü ilin yay aylarında başa catdıqdan sonra zavodda Türkiyədən və İtaliyadan gətirilən avadanlıqların quraşdırılma işləri başlayıb. 2015-ci ilin yanvar ayından müəssisə tam olaraq fəaliyyətə başlayıb. Zavodda yeni, müasir texnoloji tələblərə və standartlara cavab verən avadanlıqlar istismar verilib. “Vita 1000” nişanı altında 0,33, 0,5, 1, 1,5, 5, 10 və 19 lt qablaşmalarda olmaqla təbii mineral süfrə, qablaşdırılmış içməli və qazlı sular istehsal olunur. Zavodda tam standartlara uyğun müasir kimyəvi və bakterioloji laboratoriyalar fəaliyyət göstərir.

Haqqında

1974-cü ildə AVIS Türkiyə ilk dəfə “Set Oto LTD.” adı altında “Koç Holdinq”in törəmə şirkətlərindən biri kimi fəaliyyətə başlayıb. Bu gün Otokoç AVIS və/vəya BUDGET brendlərini 8 müxtəlif ölkədə (Türkiyə, Azərbaycan, Qazaxıstan, Macarıstan, Gürcüstan, Ukrayna, Kuzey Kıbrıs Türk Cumhuriyeti ve Kuzey Irak) təmsil edir. 15 aprel 1997-ci ildə AVIS Azərbaycan bazarına daxil olub. Gəlişi ilə bərabər, özünün təcrübəsini, mükəmməlliyini, korporativ idarəetmə prinsiplərini regiona gətirib. Bu gün, uzun və qısa müddətli icarələrdə bazarın lideri olaraq 1200 ədəd nəqliyyat vasitəsilə AVIS Azərbaycan Bakıda və regionda fəaliyyət göstərir. AVIS Azərbaycan istehsalçı zəmanəti, sığorta şirkətinin zəmanəti ilə sığorta, səlahiyyətli texniki servis mərkəzlərində ödənişsiz texniki servis, istismarda olduğu müddətdə nəqliyyat vasitələrinin sərbəst daşınması xidməti ilə yanaşı, yeni brend maşınlar, eləcə də bu yolla 24 illik təcrübəsi ilə təhlükəsizlik və məmnuniyyəti də təqdim edir.

Haqqında

“Old Spice” antiperspirant, dezodorant, duş üçün gel, saçlara və saqqala qulluq vasitəsidir. Kişilər üçün nəzərdə tutulan, hamının xoşladığı qeyri-adi şəxsi gigiyenik vasitələr istehsal edilir.

“Old Spice” kişilərə qulluq üçün nəzərdə tutulan  antiperspirant, dezodorant, duş üçün gel, saçlara və saqqala qulluq kimi vasitələri  özündə cəmləşdirən bir amerikan brendidir. Kişilər üçün nəzərdə tutulan, hamının xoşladığı qeyri-adi şəxsi gigiyenik vasitələrin istehsalı ilə məşğuldur. O, “Procter & Gamble” şirkəti tərəfindən istehsal olunur.

“Old Spice” bazara Vilyam Laytfut Şultsun 1937-ci ildə sabun və tualet ləvazimatlarının istehsalı ilə məşğul olan “Shulton Inc.” şirkəti tərəfindən “Early American Old Spice” kimi təqdim olunub.

Haqqında

Mərkəzi Avstraliyanın Melburn şəhəri olan “Catapult”un əsası 2006-cı ildə qoyulub. Şirkət 137 ölkədə 39 idman növü üzrə 3000-ə yaxın komandaya texnologiya təqdim edir.