
“Neftçi” “Zəfər” turnirinin gümüş medallarını qazandı
“Neftçi” AFFA-nın təşkilatçılığı ilə 3-cü dəfə keçirilən ənənəvi “Zəfər” turnirində ikinci yeri tutub. Final matçında “Səbail”ə 1:3 hesabı ilə uduzan “ağ-qaralar” gümüş medallara sahib çıxıblar. Komandamızın qolunu Eldəniz Məmmədov vurub.
Premyer Liqada mübarizə aparan klublar, eləcə də AFFA-nın və PFL-in əməkdaşlarından ibarət komandaların mübarizə apardığı yarışın 1/4 final mərhəsində Eldəniz Məmmədovun qolu ilə “Qəbələ”yə 1:0 qalib gələn “Neftçi” yarımfinalda “Turan Tovuz”u məğlub edib – 5:2. Bu matçda komandamızın qollarına Cemal Bülbül (2), Eldəniz Məmmədov, Rafail Yusifov və Alim Qurbanov imza atıblar.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd 44 günlük Vətən Mühabirəsində qazanılmış qələbəni futbol veteranları, klub nümayəndələri ilə birlikdə qeyd etmək, onların asudə vaxtlarını daha səmərəli təşkil etmək idi.
Tövsiyə olunur
-
Emin Mahmudov ilə “Neftçi” Futbol Məktəbinin üzvləri arasında görüş keçirilib
Klub 24 mart 2023, 21:55 -
“Neftçi” Futbol Məktəbi Qara Qarayevdə!
Klub 23 mart 2023, 21:00 -
Novruz bayramınız mübarək!
Klub 20 mart 2023, 00:00 -
Bu gün #MoreThanFootball fəaliyyət günlərinə başlayırıq
Klub 17 mart 2023, 15:30