Sosial media

Neftçi İnstagram-da

pfcneftchi
pfcneftchi
  • 11kposts
  • 147kfollowers
  • 89following
📸⚽️LYUB⚽️! 2️⃣9️⃣Breno x2. 🇧🇷🔥Baş məşqçi Yuri Vernidubun “Sumqayıt” ilə oyunsonrası fikirləri:

“İlk matçımızı səfərdə keçirdik. Oyunumuz yaxşı alındı. 3 qol vurduq, amma daha çox fərqlənə bilərdik, sadəcə, şanslardan yararlanmadıq. Eyni zamanda, belə bir qol buraxmamalıydıq. Bununla belə, oyundan, futbolçulardan və nəticədən razıyam. Ən önəmlisi odur ki, mövsümə qələbə ilə başladıq. Üzərində işləməli olduğumuz çoxlu nüanslar var ki, bunları edəcəyik. Yeni transferlərimizə gəlincə, onların tam uyğunlaşması üçün bir az zaman lazımdır. Heyəti yenə də gücləndirməyə ehtiyac var, amma komandamıza uyğun futbolçu axtarışındayıq ki, bu da çox ağır prosesdir. Komandamızda kifayət qədər azərbaycanlı futbolçu oynayır. Xüsusilə milli komandanın formalaşdırılmasında bu çox önəmlidir. Komanda olaraq birlikdə çalışırıq ki, sonda gözəl nəticələr ortaya qoyulsun, biz də buna baxıb sevinək”.+3 xal! ✅🤩Mövsümə QƏLƏBƏ ilə başlayırıq! 🤩

Sumqayıt 1:3 NeftçiBREEEENOOOOOOO DUUUUUUUBBBLLLLL!! ⚽️⚽️⚽️⚽️⚽️⚽️İlk hissə bitdi.

Sumqayıt 0:2 NeftçiTUPPTA!! TUUUUPPTAAA!! TUUUUUPPPPTAAA!! ⚽️QOOOOOOOOOOOOOOOOOOLLLLLLLL!! ⚽️⚽️

BRENO ALMEYDA!! ⚽️Komandamız oyunun keçiriləcəyi “SOCAR Polymer Arena”dadır. ⚪️⚫️START HEYƏT! ⚪️⚫️👕📍🏟️“Sumqayıt” ilə oyuna “Əfsanə zolaqlı” forma ilə çıxacağıq. ⚪️⚫️✅ @aerowingo.az -ın dəstəyi ilə oyuna hazırıq!

⚽️ Misli PL / I tur
🆚 Sumqayıt
🗓️ 16 avqust
🕘 19:00
🏟️ SOCAR Polymer Arena
📺 CBC Sport (canlı)Mövsümün ilk matçına hazırıq! 👊🏻⚪️⚫️İmad Farajdan mesaj var. 🗣️💬

“Bu gün karyeramın mühüm bir səhifəsi başa çatır.

Klub rəhbərliyinə, komanda yoldaşlarıma, məşqçilərimə, inzibati heyətə və hər gün bu klub üçün çalışan hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Burada heç vaxt unutmayacağım anlar yaşadım və hər zaman mənim üçün önəmli olacaq insanlarla tanış oldum.

Azarkeşlərimizə böyük dəstəyə, həm yaxşı, həm də çətin anlarda bizə verdikləri gücə görə xüsusi təşəkkür edirəm. Bu formanı hər dəfə geyinəndə əlimdən gələni etməyə, bütün gücümü meydana qoymağa çalışdım.

Bu gün karyeramda yeni səhifə açmaq üçün klubdan ayrılıram. Lakin “Neftçi”yə hər zaman böyük hörmət və sevgi bəsləyəcəyəm. Bu klub və burada tanıdığım insanlar həmişə mənim həyat hekayəmin bir parçası olaraq qalacaq.
Kluba, komanda yoldaşlarıma və bütün azarkeşlərimizə gələcəkdə yalnız uğurlar arzulayıram.

Hər şey üçün təşəkkür edirəm. 🖤🤍”Təşəkkürlər, İmad Faraj!

İmad Faraj bundan sonra karyerasını Tunisin “Esperans” klubunda davam etdirəcək. 

“Neftçi” PFK “Esperans”ın transferlə bağlı təklifini və 27 yaşlı fransalı vingerin karyerasını yeni klubda davam etdirmək istəyini nəzərə alaraq, bu təklifi müsbət dəyərləndirib.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və artıq razılıq əldə olunub.

2025-ci ilin iyul ayında Kiprin “AEK Larnaka” klubundan “Neftçi”yə transfer olunan İmad Faraj bir mövsüm ərzində komandamızın heyətində 34 rəsmi oyunda meydana çıxıb. Bu görüşlərdə 7 qol vuran və 6 məhsuldar ötürmə edən fransalı futbolçu “Neftçi”nin uğurları üçün öz töhfəsini verib.

İmad Faraja göstərdiyi peşəkarlığa, əzmkarlığına və “Neftçi” formasında keçirdiyi oyunlara görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!🧤⚽️“Neftçi” və “CoffeeBar” əməkdaşlığı davam edir.

Klubumuz ilə Azərbaycanda ilk qəhvə ekosistemini yaratmış “CoffeeBar” şirkəti arasında əməkdaşlıq müqaviləsi daha 1 il müddətinə uzadılıb.

Razılaşmaya əsasən, “CoffeeBar” növbəti mövsümdə də “Neftçi”nin rəsmi qəhvə sponsoru olaraq komandanın qəhvə və qəhvə avadanlığı ehtiyaclarını təmin etməyə davam edəcək.

Tərəflər arasında uğurla davam edən əməkdaşlığın yeni mövsümdə də hər iki tərəf üçün faydalı olacağına inanırıq.First session in black & white. 🇭🇺⚫️⚪️@ztefc ➡️ @pfcneftchiMeet Alen Skribek. 🇭🇺⚫️⚪️Xoş gəldin, Alen Şkribek!

“Neftçi” növbəti transferini rəsmiləşdirib. Macarıstanlı hücumameylli yarımmüdafiəçi Alen Şkribek komandamızın yeni üzvüdür. 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. 

Bunadək yalnız vətənində çıxış etmiş Şkribekin sonuncu klubu ZTE olub. O, 2026/27 mövsümündə Macarıstan çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm isə ZTE-nin heyətində ümumilikdə 37 matçda meydana çıxıb, 11 qol, 5 assist müəllifi olub.

Universal futbolçu olan Alen həm yarımmüdafiənin mərkəzində, həm də “10 nömrə” mövqeyində oynayır. Hər iki ayağı işlək olduğu üçün istər sağ, istərsə də sol vinger mövqelərini bağlaya bilir. 

2023/24-də “Pakş” klubu ilə ölkə kubokunu başı üzərinə qaldırmış Şkribek 2021-2022-ci illərdə isə Macarıstan U-21 yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 3 assist edib.Piece by piece. Welcome, Alen. 🧩⚫️⚪️📢 @ikasturkiye ilə səfərə hazırlaşırıq!

⚽️ Misli PL / I tur
🆚 Sumqayıt
🗓️ 16 avqust
🕘 19:00
🏟️ SOCAR Polymer Arena
📺 CBC Sport (canlı)“Neftçi”nin yetirməsi Ağadadaş Salyanski mövsümün sonunadək icarə əsasında “Araz Naxçıvan”da oynayacaq.

Uğurlar, @salyanskiy19 ! ⚪️⚫️Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlığını davam etdirən “Neftçi” yoxlama oyunu keçirib. Komandamız I Liqa təmsilçisi “Şahdağ Qusar”la qarşılaşıb.

“Palms Sports” Futbol Mərkəzində baş tutan görüş “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 22-ci dəqiqədə Rüfət Abbasovun cinah ötürməsindən sonra rəqib futbolçu topu başla öz qapısına göndərib. Bundan 17 dəqiqə sonra Freddi Varqasın ötürməsini Lyubomir Tupta qola çevirib. 63-cü dəqiqədə Varqas qol, Breno Almeyda assist müəllifi olub. Rəqibin qolu isə 81-ci dəqiqədə vurulub.Baş məşqçimiz Yuri Vernidubun geniş müsahibəsi Neftçi TV-də onlayndır. 🌐✅Focus in Frames. 🔎👀