Əvəzedicilərdən qollu səfər heç-heçəsi

“Neftçi” Əvəzedicilər Liqasının 5-ci turunda “İmişli” ilə heç-heçə edib – 2:2. Saatlı OİK stadionunda baş tutan matçda meydan sahibləri 2:0 hesabı ilə önə çıxsalar da, “ağ-qaralar” bərabərliyi təmin edə biliblər.
Komandamızın qollarını Vusal Kərimov (65-ci dəqiqə) və Aslan Şirinov (67-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Xuan Hernandes (15-ci dəqiqə) və Xəlil Mürsəlli (38-ci dəqiqə) fərqləniblər.
Qeyd edək ki, 5 oyunda 7 xal toplayan əvəzedici komandamız 6-cı turda “Qəbələ”nin qonağı olacaq. Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək matç oktyabrın 18-i saat 14:00-da başlanacaq.






