A Komanda
16 avqust 202621:24

Mövsümə inamlı səfər qələbəsi ilə başladıq

Mövsümə inamlı səfər qələbəsi ilə başladıq

“Neftçi” bu mövsüm Misli Premyer Liqasında ilk oyununu keçirib. “Ağ-qaralar” 1-ci turda “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəlib. “SOCAR Polymer Arena”da baş tutan matçda komandamızın qollarını Breno Almeyda (23 və 55-ci dəqiqələr) və Lyubomir Tupta (31-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Nadir Orucov (67-ci dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi” növbəti oyununu avqustun 23-də keçirəcək. 2-ci turda “Araz-Naxçıvan”ı qəbul edəcəyik. “Palms Sports Arena”da baş tutacaq görüş saat 20:45-də start götürəcək.