Klub
17 oktyabr 202619:30

PFL-dən 1000-ci oyun təbriki

PFL-dən 1000-ci oyun təbriki

Peşəkar Futbol Liqası sentyabr ayında Azərbaycan çempionatlarında 1000-ci oyununu keçirən “Neftçi” PFK-nı təbrik edib. “Qarabağ” – “Neftçi” matçından əvvəl PFL-n texniki idman direktoru Elgiz Abbasov ağ-qara formada ən çox oyun keçirmiş futbolçulardan olan, komandamızın sabiq kapitanı, uzun illərdir klubda çalışan İqor Getmana xüsusi hədiyyə verib.