“Qarabağ”la oyuna hazırlıq başa çatdı

Misli Premyer Liqasının 8-ci turunda qarşılaşacağımız “Qarabağ” klubu ilə matçın hazırlığı yekunlaşıb. Komandamızın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Qeyd edək ki, oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 19:00-da start götürəcək.


















