Qızlarımızdan ardıcıl dördüncü qələbə

“Neftçi” Liv Bona Dea Qadınlar Super Liqasında ardıcıl dördüncü qələbəsini qazanıb. Qadınlardan ibarət komandamız 4-cü turda “Liman” klubunu 3:0 hesabı ilə məğlub edib. “Palms Sports” Futbol Mərkəzində baş tutan matçda qolları Şəfəq Nəsirova, Sara Səlimova və Jalə Məhsimova vurublar.
Qeyd edək ki, “Neftçi” 4 oyundan sonra 12 xalla 1-ci yeri tutur.






















