Səfərdə qalib gəlsək də, mübarizəni dayandırdıq

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib. Komandamız Minsk “Dinamo”suna 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda baş tutan matçın 12-ci dəqiqəsində Breno Almeyda vurub.
Qeyd edək ki, ilk görüşdə 2:4 hesabı ilə məğlub olan “ağ-qaralar” iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb.




