“Turan Tovuz”la oyuna bilet satışı davam edir

Misli Premyer Liqasının 9-cu turu çərçivəsində oktyabrın 24-ü saat 19:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçına bilet satışı davam edir.
Bu gün daha bir sektor üzrə onlayn bilet satışına start verilib. “Banişevski üst” sektoruna olan biletləri 3 AZN-ə əldə edə bilərsiniz.
Qeyd edək ki, ilkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları satışa açılmışdı. Artıq “Banişevski alt” sektoru üzrə bütün biletlər satılıb. Digər sektorlara qiymətlər aşağıdakı kimidir:
- Qərb 2 – 2 AZN;
- VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.
Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionumuzun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.





