A Komanda
5 sentyabr 202623:46

Yuri Vernidub: “Sevinirəm ki, qalib gəldik və irəli getməyə davam edəcəyik”

Yuri Vernidub: “Sevinirəm ki, qalib gəldik və irəli getməyə davam edəcəyik”

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “Şəfa” klubu ilə 4-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Futbolçularımız özlərini tam şəkildə matça həsr etdilər. İlk hissədə çox epizod olmasa da, Rüfət Abbasovun möhtəşəm qolu ilə hesabı açdıq. Çox şey üzərində işləməliyik. İkinci hissənin əvvəlində standart vəziyyətdən qol buraxsaq da, komandanın reaksiyası xoşuma gəldi. Daha sürətli oynayaraq əlavə üç qol vurduq. Qapı tirinə və dirəyə vurduğumuz topların sayını unutmuşam. Sevinirəm ki, qalib gəldik və irəli getməyə davam edəcəyik”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: