“Zəfər turu”nda qələbə qazandıq

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununa çıxıb. Komandamız “Zəfər turu” – 11-ci turda “Kəpəz” klubu ilə qarşılaşıb. “Palms Sports Arena”da baş tutan matçdan əvvəl Zəfər Gününün 6-cı ildönümü ilə əlaqədar Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Oyun “ağ-qaralar”ın 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.
Qeyd edək ki, “Neftçi” 11 oyundan sonra 24 xalla turnir cədvəlində 1-ci yeri tutur.
































