Akademiya
8 noyabr 202617:40

6 futbolçumuz 19, 20 və 21 yaşadək futbolçulardan ibarət milli komandalara dəvət alıb

6 futbolçumuz 19, 20 və 21 yaşadək futbolçulardan ibarət milli komandalara dəvət alıb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 9-dan 18-dək Serbiyada təşkil olunacaq UEFA U-19 Çempionatının II seçmə mərhələsində iştirak edəcək. Milliyə “Neftçi”nin 4 üzvü – Nurəziz Əzizov, Məhdi Həsənov, Elvin Vəliyev və Vüsal Kərimov dəvət olunub.

Milli komandamız qrup mərhələsində noyabrın 11-də Monteneqro, 14-də Serbiya, 17-də isə Farer adaları ilə qarşılaşacaq.

Noyabrın 9-dan 17-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında “Neftçi”ni Məhəmməd Məmmədli, ayın 9-dan 21-dək Qəbələ və Bakı şəhərlərində təlim-məşq toplanışları keçəcək U-20-də isə Pünhan Qasımzadə təmsil edəcək.