A Komanda
8 noyabr 202612:50

7 futbolçumuz milli komandalarda!

7 futbolçumuz milli komandalarda!

Azərbaycan milli komandasının heyəti açıqlanıb. Milliyə “Neftçi”nin 4 üzvü – Emin Mahmudov, Emil Balayev, Elvin Bədəlov və Rüfət Abbasov dəvət olunub.

Milli komandamız UEFA Millətlər Liqasında noyabrın 13-ü Bakı vaxtı ilə saat 23:45-də Lixtenşteyn, yoldaşlıq oyunu çərçivəsində noyabrın 16-sı Bakı vaxtı ilə saat 22:00-da Andorra yığması ilə səfərdə qarşılaşacaq.

Bundan əlavə, Denzel Jubitana Surinam, Endryu Qravilyon Qvadelupa, Sessi D’Almeyda isə Benin milli komandasına dəvət alıb.