Neftçi-2
30 aprel 202618:44

Əvəzedicilər Liqasında səfər məğlubiyyəti

Əvəzedicilər Liqasında səfər məğlubiyyəti

“Neftçi-2” Əvəzedicilər Liqasının 24-cü turunda “Sumqayıt-2”yə 1:2 hesabı ilə məğlub olub. “SOCAR Polymer Arena”nın ehtiyat meydançasında keçirilən matçda komandamızın qolunu Fariz Xeyrullayev vurub. Rəqibin heyətində isə Elgün İsaqov və Əjdər Hacılı fərqləniblər.

Qeyd edək ki, “Neftçi-2” 24 oyundan 47 xalla turnir cədvəlində 2-ci yeri tutur.