Neftçi-2
16 may 202618:55

“Neftçi-2” çempionluq şansını itirdi

“Neftçi-2” çempionluq şansını itirdi

“Neftçi-2” Əvəzedicilər Liqasının 26-cı turunda “Sabah-2” ilə qarşılaşıb. “Bayıl Arena”da keçirilən matçda “ağ-qaralar” 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, sonuncu turda “Şamaxı-2”ni qəbul edəcək “Neftçi-2” 26 oyundan 50 xalla turnir cədvəlində 3-cü yeri tutur. “Sabah-2” 56 xalla 1-ci, bir oyun az keçirmiş “Qəbələ-2” 52 xalla 2-ci, “Zirə-2” isə 49 xalla 4-cüdür.