“Neftçi”nin 1/8 finaldakı rəqibi müəyyənləşdi

“Neftçi”nin Azərbaycan Kubokunun 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib. Bu, II təsnifat mərhələsində “Ağstafa Gəncləri”ni 9:2 hesabı ilə məğlub edən “Şəfa” klubudur.
“Neftçi” – “Şəfa” 1/8 final oyunu dekabrın 1 və ya 2-də “Palms Sports Arena”da olacaq.
Qeyd edək ki, 1/4 final mərhələnin matçları 2027-ci il fevralın 2-3-də, 9-11-də və 16-18-də, yarımfinal oyunları martın 2-3-də və aprelin 21-22-də, final qarşılaşması isə mayın 12-də Gəncə şəhər stadionunda baş tutacaq.





