A Komanda
28 oktyabr 202618:20

“Şamaxı” ilə matça hazırlıq davam edir

“Şamaxı” ilə matça hazırlıq davam edir

“Neftçi” Misli Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “Şamaxı” klubu ilə matçın hazırlığını davam etdirir. “Turan Tovuz” ilə oyundan sonra bərpa məşqi edib bir günlük istirahətə buraxılan komandamızın üzvləri dünən məşqlərə start verib.

“Ağ-qaralar” bu gün növbəti məşqə çıxıb. Futbolçular əvvəlcə “Palms Sports” Futbol Mərkəzindəki trenajor zalında, sonra isə meydançada hazırlaşıblar.

Müdafiəçimiz İqor Ribeyro cəzalı olduğu üçün qarşıdakı oyunda iştirak etməyəcək.

Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçiriləcək “Şamaxı” – “Neftçi” görüşü noyabrın 1-i saat 15:00-da başlanacaq.