Məşqləri bərpa etdik

“Neftçi” məşqlərini bərpa edib. “Kəpəz” üzərində qələbədən sonra 4 günlük istirahətə buraxılan “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində məşqə çıxıblar.
Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında keçirilən hazırlıq prosesində milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində, B komandamızdan bir neçə oyunçu məşqə cəlb olunub.
Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında növbəti matçını noyabrın 22-də “Araz-Naxçıvan”a qarşı keçirəcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 14:30-da start götürəcək.























